Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi cinayət törətməkdə şübhəli bilib və ona qarşı məhkəmə öncəsi araşdırma başlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, V.Yanukoviç konstitusiya quruluşunu zorla dəyişdirmək və ya devirməyə, habelə dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş fəaliyyətdə günahkar bilinir.
İnterpol mətbuat xidmətindən bu gün Viktor Yanukoviçin həbsi barədə rəsmi sorğu aldığını bildirilib.
Müəyyən edilib ki, V.Yanukoviç 2010-cu ildə konstitusiyadan kənar yolla ölkə konstitusiyasını dəyişib və bununla da dövlət hakimiyyətini ələ keçirib. (Trend)