Yaponiyanın qərbində tayfun və mövsümi şəraitə uyğun güclü yağış səbəbindən iki milyondan çox insan təxliyə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TBS NEWS DIG yerli xəbər saytı Milli Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən məlumat verib.
Hakimiyyət orqanları 13 prefekturanı əhatə edən 53 bələdiyyədə təxliyə əmri verib.
Milli Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, Kaqosima prefekturasında təbii fəlakət nəticəsində üç nəfər yüngül xəsarətlər alıb. Bundan əlavə, Fukuoka və Kaqosima prefekturalarında 25 tikili su altında qalıb.
Xatırladaq ki, iyunun 8-də Yaponiya hakimiyyəti sunami təhlükəsi səbəbindən 10 prefekturadan 181 500 insanın təxliyə olunmasını tapşırmışdı.