Yəməndə “Ansar Allah” qruplaşmasından olan husilər tank əleyhinə raket kompleksindən Səudiyyə Ərəbistanına məxsus M1A2S “Abrams” tankını vurublar.
Oxu.Az-ın xəbərinə görə, tankın zirehi zərbəyə davam gətirib.
Qeyd edilir ki, ekipaj üzvləri sağ qalıb və döyüş maşının tərk ediblər.
Tanka ciddi ziyan dəyməyib, onun təmirdən sonra bərpası mümkündür.