Məşhur ispan rəssam Pablo Pikassonun “Qırmızı jaketli və papaqlı qadın” əsəri Londonda təşkil olunan hərracda 56,7 milyon avroya satılıb.
Oxu.Az-ın xəbərinə görə, satış təmsilçisi Tomas Bompard 1937-ci ildə çəkilmiş tablonun illər sonra bazara çıxarılan ən bahalı əsər olduğunu vurğulayıb.
Alıcı adının gizli saxlanılmasını istəyib.
Bundan əvvəl Pikassonun “Cəzairli qadınlar” əsəri 179 milyon 365 min dollara satılmışdı.
