Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yeni Roma Papası dünya jurnalistlərinə müraciət edib
Vatikanda yeni Papa XIV Leonun dünya mediasının nümayəndələri ilə audensiyası başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Pontifik əsas planlarını və məqsədlərini açıqlayır.
Jurnalistlərə müraciətində o, qərəzli və ideoloji hücumlardan ibarət qütbləşən "söz müharibəsi"nə son qoymağa, fanatizm və nifrətə yer verməməyə çağırıb.
Dünyanın hər yerindən minlərlə media nümayəndəsi qarşısında çıxış edən XIV Leo mayın 8-də konklavda kardinalların səsverməsi nəticəsində 267-ci Papa olub. O, Müqəddəs Taxt-Taca rəhbərlik edən ilk amerikalıdır.
"Roma Papası" teqi üzrə xəbərlər
- Roma Papası İsrail və İranı sülhə çağırdı
- Qafqazın şeyxülislamı yeni Roma Papası ilə görüşəcək
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
Ən çox oxunanlar