Altı türk hərbi təyyarəsi çərşənbə günü 138 dəfə Yunanıstanın hava məkanının sərhədlərini pozub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahına istinadən Afina xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, sərhədi altı təyyarə pozub. İki türk təyyarəsi səhər saat 7:43 və 8:41 radələrində 126 dəfə, o cümlədən İmia və Kalolimnos adaları üzərində səkkiz dəfə milli hava məkanının sərhədlərini pozublar.
“Türk təyyarələrinin hamısı silahlı olublar və bütün hallarda yunan qırıcıları tərəfindən qarşısı alınıb”, - Baş Qərargahdan bildirilib.
Yunanıstanın müdafiə naziri Panos Kammenos çoxsaylı sərhəd pozuntuları ilə əlaqədar silahlı qüvvələrin istənilən çağırışa cavab verməyə hazır olduğunu bildirib.
N.O.
www.oxu.az