“Martın 4-ü saat 07:00-a (Bakı vaxtı ilə 09:00) olan məlumata görə, Ukraynanın Zaporojye vilayətində atmosferdə radiasiya fonu dəyişməyib və əhali üçün təhlükə yaratmır”.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin Zaporojye Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumatda qeyd olunub.
Məlumatda həmçinin qeyd olunur ki, atmosferdə olan radiasiyanın monitorinqi mərkəz tərəfindən mütəmadi olaraq aparılacaq və nəticələr barədə əhaliyə müntəzəm məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye Atom Elektrik Stansiyada (AES) yanğın baş verib. Yanğın söndürülüb.
Mənbə: Ukrinform