Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zaxarova Makrona yeni ad qoydu
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makrona yeni ad qoyub.
Oxu.Az xəbər verir ki, diplomat bu barədə özünün "Telegram" kanalında yazıb.
M.Zaxarova Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsinə cavab olaraq birgə plan hazırlamaq zərurəti ilə bağlı E.Makronun Aİ ölkələrinə çağırışını yüksək qiymətləndirib. Fransa lideri Aİ ölkələrini birləşməyə və vahid strategiya hazırlamağa çağırıb.
"Fransa prezidenti vurğulayıb ki, Aİ ölkələrinin "hər kəs özü üçün" prinsipi ilə fəaliyyətə başlamasına yol verilə bilməz. D'Artanyan", - Zaxarova yazıb.
Qeyd edək ki, fransız yazıçısı Aleksand Dümanın məşhur personajl olan D'Artanyan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizi ilə tanınır.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya XİN: "COP29-da Qərb ölkələri məsuliyyətdən yayınmağa çalışırdılar"
- Rusiya XİN: "Moskva İrəvanın KTMT-nin işində tam iştiraka qayıtmasını gözləyir"
- Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"
- Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı