Ukrayna Prezidenti Volodimir Zelenski iki il bunkerdə yaşadığını etiraf edib.
Oxu.Az xəbər verir ki, bunu ölkə başçısı "Agence France-Presse"ə müsahibəsində açıqlayıb.
"Mən iki il bunkerdə yaşadım və işlədim. Gecələr bunkerə düşürdüm", - deyə Ukrayna lideri bildirib.
Zelenski bildirib ki, yaxın vaxtlarda bəhs etdiyi sığınacağı jurnalistlərə göstərməyi və orada mətbuat konfransı keçirməyi planlaşdırıb.