Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zelenski sabah Türkiyəyə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski fevralın 18-də Türkiyədə görüşəcəklər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə dövlət başçısının kommunikasiya direktoru Fahrettin Altun "X"də məlumat verib.
O bildirib ki, danışıqlar zamanı Ankara və Kiyev arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, eyni zamanda iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılmalı olan addımlar müzakirə ediləcək.
"Səfər zamanı Ukraynada baş verən son hadisələr, həmçinin digər regional və qlobal problemlər barədə fikir mübadiləsi aparılacaq", - deyə F.Altun əlavə edib.
Yeri gəlmişkən qeyd edək ki, sabah Ər-Riyadda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndə heyəti ilə görüşəcək.
"Rusiya ilə Ukrayna arasında sülh danışıqları" teqi üzrə xəbərlər
- Uitkoff ABŞ və Rusiya arasında növbəti danışıqların tarixini açıqlayıb
- Rusiya ilə sülh danışıqlarında Ukraynanı kimlər təmsil edəcəklər?
- Əgər Kreml atəşkəsə razılaşmasa... - Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı