"Moskva enerji atəşkəsinə razı olmazsa, Ukrayna bu qış cavab verəcək".
Oxu.Az-ın NV.ua nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videoəlaqə vasitəsilə qatıldığı Varşava Təhlükəsizlik Forumunda bildirib.
O həmçinin vurğulayıb ki, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın təklif etdiyi bu ideyanı dəstəkləyib.
"Əgər bu qış Rusiya enerji atəşkəsinə razı olmazsa, biz cavab verəcəyik. Buna görə də ABŞ prezidentinin dünənki paylaşımı enerji atəşkəsinin həqiqətən işləyəcəyinə dair həqiqi maraq və real ümid yaratdı. Biz Ukraynada, əvvəllər olduğu kimi, dərhal bu ideyanı dəstəklədik", - deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 11-də Kiyev vaxtı ilə saat 17:16-da ABŞ Prezidenti Donald Tramp elan edib ki, "bu andan etibarən" Ukrayna ilə Rusiya arasında enerji atəşkəsi başlayır və hər iki tərəf buna razılaşıb.