"ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında bugünkü (15 avqust) görüş Ukrayna ilə Rusiya Federasiyası arasında real sülhün əldə olunması imkanını açmalıdır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında etdiyi paylaşımda açıqlama verib.
Zelenskinin sözlərinə görə, o, artıq Rusiyanın aktual planları və Alyaska sammitinə hazırlığı ilə bağlı kəşfiyyat hesabatlarını gözləyir.
"Həqiqətən, yüksək stavkalardır. Əsas odur ki, bu görüş dürüst sülhə və üçtərəfli formatda liderlərin danışıqlarına real yol açsın - Ukrayna, ABŞ və Rusiya tərəfi arasında. Müharibəyə son qoymağın vaxtıdır və qarşılıqlı addımlar Rusiya tərəfindən atılmalıdır", - deyə Volodimir Zelenski qeyd edib.
O, həmçinin əlavə edib ki, Ukrayna ABŞ-yə arxalanır və mümkün qədər məhsuldar işləməyə hazırdır.