Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir: Yapon şirkətləri Azərbaycana yeddi milyard dollar yatırıb
Yaponiya Azərbaycan iqtisadiyyatına yeddi milyard dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.
Oxu.Az xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
O qeyd edib ki, Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir.
Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev ölkələr arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
Nazir Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edib.
O, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının 1996-cı ildən bir sıra layihələrə uzunmüddətli kredit ayırmasına diqqət çəkib.
Xüsusilə, bankın STAR neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Bildirib ki, bu ilin sonunadək STAR neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?