Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Neft Fondu gəlirlərini açıqladı
Dövlət Neft Fondu neft və qaz layihələrindən əldə olunan gəlirləri açıqlayıb.
Oxu.Az xəbər verir ki, 2001-ci ildən başlayaraq bu il oktyabrın 1-dək ötən dövrdə “Azəri-Çıraq Günəşli” (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlir 135 milyard 887 milyon ABŞ dolları təşkil edib.
AÇG yatağından təkcə bu ilin doqquz ayında 7 milyard 401 milyon ABŞ dolları qazanmışıq.
O cümlədən, bu ilin doqquz ayında “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 milyon ABŞ dollarına yüksəlib. 2007-ci ildən etibarən “Şahdəniz” yatağı üzrə əldə olunan ümumi gəlir 2 milyard 506 milyon ABŞ dolları olub.
Ən çox oxunanlar