Dek
2018
09:27
228
60
8056
Virtual karabakh

Daha bir ABŞ nəhəngi Azərbaycanı tərk edir?

5 Dek, 2018
09:27
8056

Daha bir ABŞ nəhəngi Azərbaycanı tərk edir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Şevron” enerji korporasiyası Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağında payını (9,57%) satışa çıxarmaqla bağlı qərar qəbul edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Bununla yanaşı, “Şevron” Xəzər neftini Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərində olan 8,9 faizlik payını da satmaq niyyətindədir. 

Xatırladaq ki, ötən gün “Reuters” agentliyi “Şevron”un rəqibi “Exxon Mobil” şirkətinin də Azərbaycanda iri neft-qaz layihəsini tərk etməyə hazırlaşması ilə bağlı məlumat yaymışdı. 

“Exxon Mobil”in mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh verməkdən imtina edib:

“Biz müxtəlif şayiələri şərh etmirik”.

BP şirkəti (layihənin operatoru) məlumat verib ki, “Exxon Mobil”in planları ilə bağlı heç bir informasiyaya malik deyil. 

“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı idi, ancaq 2017-ci il sentyabrın 20-də Bakıda “Azəri-Çıraq-Günəşli” neft yatağının 2050-ci ilədək işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb. 

Konsorsium iştirakçıları arasında BP (Böyük Britaniya, layihənin operaotru, 30,37%), SOCAR (Azərbaycan, 25%), “Şevron” (ABŞ, 9,57%), INPEX (Yaponiya, 9,31%), “Equinor” (Norveç, 7,27%), “Exxon Mobil” (ABŞ, 6,79%), TPAO (Türkiyə, 5,73%), ITOCHU (Yaponiya, 3,65%) və “ONGC Videsh Ltd” (Hindistan, 2,31%) var.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri