14 
Dek
2018
12:20
10
64
7003
Virtual karabakh

Qlobal borc rekord vurdu: ən çox borcu olan ölkələr

14 Dek, 2018
12:20
7003

Qlobal borc rekord vurdu: ən çox borcu olan ölkələr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın qlobal borc bazarı bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.

Oxu.Az xəbər verir ki, 2017-ci ilin sonunda bu rəqəm 184 trilyon dollara çatıb və bu, o deməkdir ki, ümumi daxili məhsulun 225 faizini əhatə edir. 

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, dövlət və özəl sektor borclarının bu qədər yüksəlməsinə diqqət yetirilməlidir. 

“Əgər bu borcu Yer kürəsində yaşayan hər bir insana bölüşdürsək, adambaşına 86 min dollar düşər. Bu məbləğ isə illik adambaşına düşən gəliri orta hesabla 2,5 dəfə üstələyir”.  

Dünyanın ən borclu üç ölkəsi ABŞ, Çin və Yaponiyadır. Bu üç ölkənin ümumi borcları qlobal borcun yarısından çoxunu təşkil edir.

Qeyd edək ki, əvvəlki rekord 2009-cu ildə qeydə alınmışdı və həmin vaxt borcun miqdarı ÜDM-nin 213 faizini tuturdu. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri