Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hansı ölkələr Azərbaycana investisiya yerləşdirib? - SİYAHI
Bu ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycana 4 milyard 754 milyon manat vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, daxili mənbələr hesabına iqtisadiyyata yönəldilən vəsait daha çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 838 milyon manatı (80,7%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarının payına düşür.
Ümumilikdə 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899 milyon manat sərmayə qoyulub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% azdır. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi isə ümumi sərmayənin 63,1%-ini təşkil edir.
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?
- İnsan lider olaraq doğulur, yoxsa sonradan bu keyfiyyətləri qazanır? - Samir Novruzovla MÜSAHİBƏ
- COP29 Təşkilat Komitəsinin üzvü: "Beynəlxalq ictimaiyyət iddialı hədəflər gözləyir"