Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qırğızıstan üçün yeni imkanlar – Məmmədyarovla görüşdə məlumat verildi
Xarici İşlər naziri Elmar Məmmədyarov qırğızıstanlı həmkarı Çingiz Aydarbekovla görüşüb.
Oxu.Az xəbər verir ki, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində keçirilib.
Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib.
Onlar ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.
Bu xüsusda, müvafiq hökumətlərarası komissiyanın fəaliyyəti yüksək dəyərləndirilib.
Qırğızıstanın dəmir yolları layihələri inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal şəkildə iştirak etməsi perspektivləri üzərində dayanılıb.
Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar.
Onlar iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblər.
Eyni zamanda, digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edildiyi vurğulanıb.
Həmçinin, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır