Cənubi Koreya Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bu barədə “Yonhap News” ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
Cənubi Koreya nümayəndə heyəti fevralın 6-da Bakıda keçiriləcək Cənubi Koreya və Azərbaycanın İqtisadi Əməkdaşlıq üzrə Birgə Komitəsinin ikinci iclasında iştirak edəcək.
Görüş çərçivəsində səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Nümayəndə heyəti Cənubi Koreya şirkətlərini elektrik stansiyası, neft-qaz emalı və neft-kimya kompleksi tikintisi layihələrinə cəlb etmək istəyi ilə Azərbaycan hökumətinə müraciət etmək niyyətindədir.