Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dünya qida böhranı təhlükəsi ilə üz-üzə
Koronavirus pandemiyası, yağış və quraqlıq, mal-heyvana yoluxan viruslar və dolların zəifləməsi fonunda tədarük zəncirlərinin pozulması dünyada ərzaq böhranı təhlükəsini artırır.
CBNC xəbər verir ki, ümumiyyətlə dünyada qıtlıq yoxdur, ancaq qida dəyəri artır. BMT-yə (Birləşmiş Millətlər Təşkilatı) görə, ərzaq qiymətləri artaraq, 2020-ci ilin avqust ayında fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.
Çin Statistika Bürosunun məlumatına görə, avqust ayında ölkədə ərzaq qiymətləri keçən ilin avqust ayı ilə müqayisədə 11 faizdən çox artıb. Donuzlardakı xəstəlik Çində heyvanların sayının kəskin şəkildə azalmasına və donuz ətinin dəyərinin 50 faiz artmasına səbəb olub.
Bundan əlavə, isti və yağışlı hava səbəbindən Çində tərəvəz qiymətləri 6,4 faiz, yumurtanın qiyməti isə 11,3 faiz artıb.
Bəzi ölkələrin qida təhlükəsizliyinə vurulan digər zərbə isə koronavirus pandemiyası zamanı tədarük zəncirlərinin pozulması olub. Fermerlər və kiçik müəssisələr tez xarab olan malları sata bilmədikləri üçün zərər çəkiblər. Bundan əlavə, koronavirus gübrə və toxum ehtiyatlarına zərbə vurub, eyni zamanda, vaxtında məhsul almağı təmin edən mövsümi işçi qüvvəsi axınını məhdudlaşdırıb.
Qida təhlükəsizliyinə digər bir təhlükə 2020-ci ildə dolların vəziyyəti olub. Yemək istehsalı üçün xammalın dəyəri ümumiyyətlə dollarla müəyyən edilir, beləliklə də, o zəiflədikcə qiymətlər yüksəlir.
"BMT" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib