Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyəli nazirdən Naxçıvana qaz verilişini təmin edəcək layihə ilə bağlı VACİB AÇIQLAMA
“Bu gün Türkiyə-Azərbaycan əməkdaşlığını çox əhəmiyyətli bir layihə ilə daha da genişləndiririk”.
“Haber Global”ın məlumatına görə, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz Türkiyədən Naxçıvan Muxtar Respublikası ərazisinə təbii qazın nəqlini təmin edəcək layihə ilə bağlı müqavilənin imzalanma mərasimində deyib.
O bildirib ki, qitələri və xalqları biri-birinə bağlayan təbii qaz boru xətlərimiz, eləcə də, nəhəng investisiyalarla güclənən enerji əməkdaşlığımız Türkiyə-Naxçıvan MR təbii qaz boru xətti layihəsi ilə daha böyük məna qazanacaq:
“Türkiyənin İğdır ilindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına xüsusi boru xətti ilə təbii qazın verilməsi təşəbbüsünün ilk addımını atmaq üzrə bir araya gəldik. Bu layihəni də enerji sahəsində həyata keçirdiyimiz digər vacib layihələr kimi ən qısa müddət ərzində tamamlayacağıq”.
Nazir vurğulayıb ki, bu layihə ilə Naxçıvanda yaşayan Azərbaycan türklərinin təbii qaza olan tələbatının fasiləsiz olaraq təmin edilməsi və təbii qazdan problemsiz şəkildə yararlanmaları üçün işlərə başlamış hesab edilirik:
“Layihə, Türkiyənin BOTAŞ və Azərbaycanın Dövlət Neft şirkəti - SOCAR-ın əməkdaşlığı ilə həyata keçiriləcək. Layihə ilə Naxçıvan Türkiyədən gələn təbii qaza qovuşacaq. Təbii qaz SOCAR tərəfindən təmin olunacaq və Türkiyə burada bir növ qaz nəqlində vasitəçilik missiyasını həyata keçirəcək”.
Nigar Məmmədova
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu