Okt
2021
11:36
63
14
2300
Virtual karabakh

Maliyyə dəstəyi əldə etmək istəyənlərin DİQQƏTİNƏ: Sahələr sığortalanmalıdır - QİYMƏTLƏR

4 Okt, 2021
11:36
2300

Maliyyə dəstəyi əldə etmək istəyənlərin DİQQƏTİNƏ: Sahələr sığortalanmalıdır - QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda payızlıq əkinlərin fermerlər tərəfindən bəyan edilməsi prosesinə başlanılıb.

Aqrar Sığorta Fondundan Oxu.Az-a verilən məlumata əsasən, bu ildən etibarən yeddi bitki növü üzrə əkin subsidiyaları əkin sahəsinin aqrar sığorta edilməsi şərti ilə veriləcək.

10 hektardan artıq buğda və arpa sahələri üzrə subsidiya alınması üçün fermerlər bu sahələri sığorta etdirməlidirlər. Təqribən 1200 manatlıq məhsul yığılan bir hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqları aşağıdakı kimidir:

Qarabağ regionu - 10 manat

Şərqi Zəngəzur regionu - 10 manat

Şəki-Zaqatalada - 16-17 manat

Lənkəran-Astara region - 7 manat

Qazax-Tovuz ərazisi - 24-25 manat

Mərkəzi Aran rayonları - 8 manat

Quba-Xaçmaz bölgəsi - 7 manat

Mil-Muğan regionunda - 8 manat

Abşeron-Xızı bölgəsində - 7 manat

Gəncə-Daşkəsən regionunda - 24-25 manat

Şirvan–Salyan zonasında - 8 manat

Dağlıq Şirvan bölgəsində - 11-12 manat

Bakıda - 7 manat.

Qeyd edək ki, fermer sığorta haqqının yalnız 50 faizi ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri