Yan
2022
16:48
43
205
4739
Virtual karabakh

Sumqayıt şəhər stadionunda təmir işləri dayandırılıb? - AÇIQLAMA

5 Yan, 2022
16:48
4739

Sumqayıt şəhər stadionunda təmir işləri dayandırılıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlərin böyük qismi yekunlaşıb.

Bu barədə Oxu.Az-a Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev məlumat verib.

O, maliyyə çatışmazlığına görə stadionda işlərin dayandırılması ilə bağlı iddialara cavab olaraq bildirib ki, hazırda işlər davam etdirilir:

“Kiçikmiqyaslı işlər görülür. Hazırda fasad və suvaq işləri aparılır. İşlərin böyük qismi artıq yekunlaşıb. Stadionla bağlı yenidənqurma işlərinin tamamilə yekunlaşdırılması üçün yaxın zamanda lazımi maliyyə vəsaiti ilə təmin olunacağıq. Sadəcə, ilin əvvəli maliyyə ilə bağlı müəyyən gecikmələr ola bilər. Stadionun yenidən qurulması ilə bağlı hər şey yaxında həll olunacaq”.

Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib.  Son olaraq isə 2011-ci ildə meydançada kosmetik təmir işləri aparılıb.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri