27 
Fev
2023
15:32
91
8
1137
Virtual karabakh

Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir - FOTO/VİDEO

27 Fev, 2023
15:32
1137

Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin may ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlaşmaq mərhələsinə daxil olub.

“Trend”in Cəbrayıla ezam olunmuş müxbirinin məlumatına görə, doqquz ay keçməsinə baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstansiyasında “AzərEnerji” tərəfindən böyük həcmdə torpaq, tikinti, quraşdırma işləri olmaqla yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kV-luq açıq paylayıcı qurğular, Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Beləliklə, az müddətdə çox böyük işlər həyata keçirilib və beləliklə, işlərin 80 faizdən çoxu görülüb. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.

Paralel olaraq Ağcabədi yarımstansiyasından Cəbrayıla 132 km məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi işləri həyata keçirilib və işlərin böyük hissəsi görülüb.

Eyni zamanda, Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq Ağcabədi yarımstansiyasının tam yenidən qurulmasına başlanılıb və burada da işlər tamamlanmaqdadır.

Həmçinin “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən 110 kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 12 km məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilməsi prosesi də yekunlaşmaqdadır.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin etmək, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan MR-i Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

PhotoStock.az-ın Cəbrayıl Qovşaq yarımstaniyasında hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri