Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Azərbaycanda pul nişanlarının üzərində yeni imza - FOTO](https://images.oxu.az/2023/09/18/14/47/04/8af72fa7-0a04-48f2-b6e2-a2cc6c5104d6/650829e01f509650829e01f50a1695033824650829e01f507650829e01f508:1200.png)
Azərbaycanda pul nişanlarının üzərində yeni imza - FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin, kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.