31 
Okt
2023
20:31
46
50
1179
Virtual karabakh

SOCAR Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO

31 Okt, 2023
20:31
1179

SOCAR Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Dünya Bankı neft-qaz hasilatı, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Dünya Bankının Avropa və Mərkəzi Asiyada enerji və infrastruktur üzrə regional direktoru Çarlz Kormier ilə bu gün keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, enerji sektorunda reallaşdırılan strateji layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin regionun igtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli hədəflərindən bəhs edilib, bu xüsusda enerji keçidinin prioritet istiqamət kimi müəyyənləşdirildiyi qeyd edilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri