Ağcabədidə yeddi yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirova 19 bıçaq zərbəsi ilə xəsarətlər yetirilib. Hazırda uşağın vəziyyəti ağırdır, reanimasiya şəraitində müalicəsi davam etdirilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Samir Əli