Bakı-Quba yolunda ağır qəza baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yolun Xızı rayonunun Məşədihəsənli kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, minik avtomobili əvvəlcə yük avtomobilinə çırpılıb. Daha sonra minik avtomobili yanıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəmil Hacıəliyev həyatını itirib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
@tv.oxu Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Hadisə yolun Xızı rayonunun Məşədihəsənli kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, minik avtomobili əvvəlcə yük avtomobilinə çırpılıb. Daha sonra minik avtomobili yanıb. Qəza nəticəsində bir nəfərin öldüyü bildirilir. #Qəza #Quba #oxuaz ♬ original sound - oxu.az
Əli Məmmədov