Bakıda 56 yaşlı kişini maşın vurub öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında baş verib.
Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Tural Səlimxan oğlu Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Rəhim Bahadur oğlu Zeynalovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli