Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 2 nəfərin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumatı verilib. Məlumatda bildirilir ki, bu gün axşam saat 19 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.



Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli