Gədəbəydə 34 il əvvəl öldürülən Şahbaz Məmmədovun qətlinin təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1992-ci ildə qətlə yetirilmiş Şahbaz Məmmədovun meyiti Gədəbəy rayonunun Çayrəsullu ərazisində aşkar edilib. Həmin vaxt hadisənin hansı səbəbdən törədilməsi barədə məlumat olmayıb və ailə üzvləri də şikayətçi qismində çıxış etməyiblər.
Bir neçə gün əvvəl polis əməkdaşları Ş.Məmmədovun döyülərək öldürülməsi barədə məlumat alıb və araşdırmalara başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Şahbaz Məmmədovun oğlu tərəfindən ağac parçası ilə döyülərək öldürülməsinə şübhələr yaranıb.
1967-ci il təvəllüdlü Polad Şahbaz oğlu Məmmədov saxlanılıb.
Gədəbəy rayonunda 34 il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə 1992-ci ildə rayonun Çayrəsullu kəndində baş verib.
Kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.