Danimarka vətəndaşı öz həyətyanı sahəsində vikinqlər dövrünə məxsus olan gümüş dəfinə tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Danmarks Radio" yayım şirkəti məlumat yayıb.
Məlumata əsasən, ev sahibi xəzinəni bağçasında terras inşa edərkən üzə çıxarıb. Tapıntının içərisində ümumi kütləsi 18.5 kiloqram təşkil edən 700-dən artıq gümüş əşya - külçələr, zinət əşyaları, sikkələr və Skandinaviya mifologiyasında ildırım tanrısı sayılan Torun kiçik çəkici yer alıb.
Arxeoloqlar bu kəşfi Danimarkada vikinqlər dövrünə aid indiyədək tapılmış ən böyük dəfinə kimi qiymətləndirirlər. Bundan əvvəlki rekord kütləsi 6.5 kq olan "Terslev xəzinəsi"nə aid idi.