Naftalanda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.
Qəza zamanı 1959-cu il təvəllüdlü M.Bayramova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12