Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, onlar 1971-ci il təvəllüdlü Rafiq Piraslan oğlu Zalov və 1974 -cü il təvəllüdlü Zəminə Fərman qızı Zalovadır.
Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 28.12.2025-ci il tarixdə saat 10:50-də Tərtər rayonunun İlxıçılar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1971-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi diaqnozu, 1993-cü il təvəllüdlü şəxsə isə döş qəfəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Şükufə Süleymanlı
Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
Oxu.Az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli