Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ən təhlükəli smartfonlar açıqlandı
Almaniyanın Radiasiyadan Qorunma üzrə Federal Xidmətinin mütəxəssisləri onlarla mobil cihazda şüalanma ilə bağlı göstəriciləri araşdırıb və şüalanma səviyyəsi icazə verilən normadan azı iki dəfə çox olan smartfonları müəyyən edib.
Bu haqda “Gizmo China” məlumat yayıb.
Siyahıya birinci yerdə 2017-ci ildə buraxılmış büdcə (münasib qiymətə satılan – red.) smartfonu “Xiamomi Mİ A1” göstərilib.
Bu modeldən olan smartfondan şüalanma səviyyəsi 1,75 vt/kq təşkil edir.
İkinci yerdə “OnePlus 5T” smartfonu gəlir. Bu telefonda isə şüalanma göstəricisi 1,68 vt/kq təşkil edir. İlk üçlüyü “Xiamoni Mi Max 3” tamamlayır (1,58 vt/kq)
Bundan başqa siyahıda “OnePlus 6T”, “HTC U12 Life”, “Xiaomi Mi Mix 3”, “Google Pixel 3 XL”, “OnePlus 5”, “iPhone 6”, “Sony Xperia XZ2 Compact”, “HTC Desire 12/12+”, “Google Pixel 3”, “OnePlus 6”, “iPhone 8”, “Xiaomi Redmi Note 5” və “ZTE AXON 7 mini” smartfonları da yer alır.
Almaniyada normal şüalanma səviyyəsi 0,6 vt/kq hesab olunur.
Yuxarıda sadalanan smartfonların demək olar hamısı bu göstəricini azı iki dəfə üstələyir. Onların sağlamlığa zərər vura biləcəyi istisna edilmir.
Rəylər