Dek
2020
12:50
94
31
4747
Virtual karabakh

“Alisa, televizoru işə sal”: “AkhundoffNetworks” şirkətinin sayəsində ağıllı ev reallığa çevrilib - FOTO

9 Dek, 2020
12:50
4747

“Alisa, televizoru işə sal”: “AkhundoffNetworks” şirkətinin sayəsində ağıllı ev reallığa çevrilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hələ 7-8 il bundan əvvəl biz inana bilməzdik ki, bizim nənə-babalarımız sensorlu telefonlardan, “Facebook”dan, “Instagram”dan, bəziləri isə hətta “Tik-Tok”dan istifadə edəcəklər. Elə mən də ilk dəfə 2012-ci ildə Moskvada keçirilən sərgidə ilk dəfə “ağıllı ev” layihələrini görərkən yaxın zamanlarda ağıllı evlərin bu dərəcədə əlçatan və kütləvi olacağını heç təsəvvür edə bilməzdim, çünki həmin dövrlərdə bu, çox bahalı bir əmlak hesab olunurdu və onun layihələndirilməsinə evin bünövrəsinin qoyulmasından başlamaq lazım idi.

Bu gün “AkhundoffNetworks” şirkəti sizə real və əlçatan SmartzoneAzerbaijan “Ağıllı ev” layihəsini təklif edir.

Artıq bu gün siz divarları və tavanı dağıtmadan, interyer tərtibatını dəyişmədən istər evdə, istərsə də işdə ağıllı qurğuların fəal istifadəçisinə çevrilə bilərsiniz.

Çox zaman, evdən çıxdıqdan sonra, artıq yolda ikən, biz ütünü və ya çaydanı şəbəkədən ayırıb-ayırmadığımızı, evdən tələsik çıxarkən qapını bağlayıb-bağlamadığımızı xatırlaya bilmirik.

Əminəm ki, bu cür halı hamı yaşayıb. İndi siz bunu öz smartfonunuz vasitəsilə dünyanın istənilən yerindən yoxlaya və zəruri olduqda, hər hansı avadanlığı işə sala və ya şəbəkədən ayıra bilərsiniz.

Yəqin, siz çox zaman axşamlar divanda əyləşib kondisioneri işə salmaq, televizorun səsini azaltmaq və ya kanalı dəyişmək üçün pultu axtarırsınız. Bu gün siz, sadəcə olaraq, “Alisa, kondisioneri işə sal”, yaxud “Alisa, televizorun səsini artır” sözlərini deməklə bunu edə bilərsiniz.

Yeri gəlmişkən, Alisa – səsli köməkçidir; o, çırağın içərisində yaşayan cin kimi, “Yandex” şirkətinin ağıllı səs qurğusunda yerləşir.

Qeyd etmək lazımdır ki, ağıllı səs qurğusu öz-özlüyündə mükəmməl musiqili və məlumatlandırıcı qurğudur. O, sizi maraqlandıran istənilən suala cavab verəcək, sizin səsli əmriniz əsasında çoxdan baxmaq və ya dinləmək istədiyiniz filmi və ya mahnını qoşacaq. Son yenilənmə ilə səs qurğusuna internet-zəng imkanı da əlavə olunub.

İndi isə öz ağıllı qurğularımıza qayıdaq.

Adətən, uşaqlarımızı dayənin nəzarəti altında qoyduqda, yaxud ustaları evdə tək qoyduqda müəyyən narahatlıq keçiririk. Səyyar ağıllı kamera sayəsində siz evdə nə baş verdiyini izləməklə bərabər, evlə ünsiyyət saxlaya və bütün baş verənləri öz telefonunuza yaza bilərsiniz.

Çox vaxt qış fəslində axşamlar öz şəhərkənarı evinizə getməyə hazırlaşarkən siz istərdiniz ki, gəldiyiniz vaxt ev artıq isti, yay fəslində isə sərin olsun. Ağıllı cərəyan qurğusu sayəsində siz hələ evinizə gəlməzdən əvvəl isitmə sistemini, yaxud kondisioneri işə sala bilərsiniz. 

İndi artıq ağıllı ev haqqında təsəvvürə malik olduğunuzda, sizə bu layihənin ən əsas və cəlbedici xüsusiyyətini açıqlayırıq: siz öz şəxsi ssenarinizi yarada bilərsiniz. Bu ssenarilər, konkret olaraq, sizin həyat tərzinizə və gündəlik tələbatlarınıza uyğunlaşdırılaraq həyatınızı daha rahat və təhlükəsiz edəcək.

Kimsə evə gələrkən işığın yanmasını, yeməkbişirmə qurğusunun və ya çaydanın işə düşməsini, sevimli mahnısının səslənməsini istəyə bilər. Kimsə də evdən çıxıb qapını bağlayarkən işığın sönməsini, ütünün şəbəkədən ayrılmasını, kameranın və hərəkət, vibrasiya və açılıb-bağlanma qurğularının işə salınmasını istəyə bilər, temperaturu və rütubəti ölçmə qurğusu isə siz qayıdana qədər otaq temperaturunu tənzimləməkdə davam edəcək.

Ağıllı ev artıq üstünlük deyil – bu, təhlükəsizlik, rahatlıq və vaxta qənaət deməkdir. Siz artıq heç bir narahatlıq keçirmədən məzuniyyətə gedə, evdə su sızdıqda işdən evə başılovlu qaçmaya və ümumiyyətlə, xoşagəlməz hadisələrlə bağlı olan çoxsaylı risklərin qarşısını alaraq həyatınızı rahatlaşdıra bilərsiniz.

P.S. Sizə bir sirr açaq: Biz artıq gələn il səsli köməkçimizin doğma Azərbaycan dilində danışması üçün “Yandex” şirkəti ilə danışıqlar aparırıq. Siz bu gün ağıllı səs qurğusu almaqla sizin səsli köməkçinizin yaxın zamanlarda Azərbaycan dilində danışmasına töhfə vermiş olacaqsınız.

Layihə rəhbəri:

İbrahimov Samir

012 598 14 27

051 425 24 24

050 226 24 24

“Facebook”: Smartzone Azerbaijan

“Instagram”: Smartzone.az

www.smartzone.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri