Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırıldı
Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi XXXV turda "Azersun Arena"da "Kəpəz"lə baş tutan oyundan sonra qızıl medallarla təltif olunub.
12-ci dəfə ölkə çempionluğunu təmin etmiş "Qarabağ" komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.
Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Anar Həsənov
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Merih Demiral "Fənərbağça"nın təklifini qəbul etmədi
- "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir