Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azər Bağırov: "Birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük"
"Ümid edirəm ki, gələcək illərdə digər komandalar da sonadək çempionluq uğrunda mübarizə aparacaqlar".
Oxu.Az xəbər verir ki, bu sözləri "Kəpəz" komandasının baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının XXXV turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının ikinci hissədə yaxşı mübarizə aparmadığını bildirib: "Futbolçular ikinci yarıda çatdıra bilmədi. Lakin birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük. Son turadək futbolçularımıza güvənəcəyik. Müəyyən oyunçular barədə fikirlərimiz var. Hər şey mövsümün yekununda bəlli olacaq".
Anar Həsənov