Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) Böyük Britaniyanın qabaqcıl ali təhsil ocağı olan Liverpul Con Murs Universiteti ilə əməkdaşlığa start verib.
Oxu.Az-a verilən məlumata görə, ADBTİA-nın Liverpul Con Murs Universiteti ilə əməkdaşlığı çərçivəsində ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının sertifikatlaşdırılmış modulunun tədrisi həyata keçirilib və proqramın sonunda magistrantlara Liverpul Skrin Məktəbi adından kursu tamamladıqlarına dair sertifikatlar təqdim olunub.
Tədbirdə qeyd olunub ki, bu gün bizim universitetləri bir araya gətirən məhz idmanın gücüdür. Həmçinin vurğulanıb ki, ADBTİA-nın bu əməkdaşlığı həm Akademiyanın Avropa təhsil sisteminə inteqrasiya olmasına, həmçinin də gələcək perspektivlərin genişlənməsinə şərait yaradır.