AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına 4 milyon 254 min 477 manat vəsait ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın hesabat konfransında məlumat verilib.
Bu vəsait aşağıda qaydada stadionlar və məşq meydançaları arasında bölüşdürülüb:
"Dalğa Arena" üçün 1 milyon 738 min 10 manat;
Ağsu stadionuna 833 min 788 manat;
Binə stadionuna 791 min 181 manat;
"ASCO Arena"ya 328 min 477 manat;
Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat;
Şamaxı stadionuna 213 min 379 manat;
Təhsil və reabilitasiya mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.
