Azərbaycan milli komandasının üzvü Elvin Bədəlov "Neftçi"yə transfer olunub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Karyerasına Rusiyanın məşhur "Zenit" (Sankt-Peterburq) klubunun akademiyasında başlayan Bədəlov 2014-2017-ci illər arasında da "Neftçi"nin formasını geyinib. Sonuncu komandası "Sumqayıt" olan futbolçu burada 2019-2025-ci illər ərzində çıxış edib və həmin dövrdə "ağ-qaralar"ın hazırkı baş məşqçisi Samir Abasovla da əməkdaşlıq edib.
Təcrübəli müdafiəçi Azərbaycan yığmasının heyətində 10 oyunda forma geyinib.