Almaniya yığması Konfederasiyalar Kubokunun qrup mərhələsinin ikinci tutu çərçivəsində Çili komandası ilə bərabərliyə qalıb.
Oxu.Az-ın xəbərinə görə, Kazanda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı altıncı dəqiqədə Aleksis Sançes açıb. İlk hissənin sonuna üç dəqiqə qalmış almanlar oyunda tarazlığı bərpa ediblər. Lars Ştindl adını tabloya yazdırıb.
Bu nəticədən sonra, hesabında dörd xal olan Çili və Almaniya yığmaları “B” qrupunda birinci və ikinci yerləri bölüşdürürlər. Hərəyə bir xal toplayan Avstraliya və Kamerun komandaları isə, müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıblar.
S.B.
www.oxu.az