Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Almaniya parkında "şeytan çarxı" alışdı: Onlarla insan xəsarət aldı
Almaniyanın Saksoniya əyalətinin Leypsiq şəhəri yaxınlığında keçirilən musiqi festivalı zamanı "şeytan çarxı"ndakı yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, atraksionun kabinələrindən biri yanıb, daha sonra alov ikinci kabinəyə keçib.
Polis sözçüsünün verdiyi məlumata görə, dördü polis olmaqla 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarətlər aldığı ehtimal edilir. Alman Qırmızı Xaç Cəmiyyətinin əməliyyat şöbəsinin rəhbəri iki nəfərin ağır yaralandığını bildirib.
Hazırda yanğın söndürülüb və zərərçəkənlər xəstəxanadadırlar. Onların vəziyyəti yaxşıdır.
Yanğın başladığı vaxt çarxın tamamilə dolu olduğu bildirilir. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Musiqi festivalı davam edir.
"Almaniya" teqi üzrə xəbərlər
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
Rəylər