Millətlər Liqasında IV tura start verilib.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
C liqasında yer alan Azərbaycan yığması Kiprlə qolsuz bərabərə qalıb. 1-ci qrupun digər matçında Monteneqro öz meydanında Lüksemburqa uduzub. Səfərdə əzmkar qələbə qazanan lüksemburqlular rəqibi ilə xalları bərabərləşdirib və hətta şəxsi oyuna görə liderliyə yüksəlib.
A liqasının 4-cü qrupunda keçirilən hər iki oyun maraqlı alınıb. Lider İspaniya Kiyevdə Ukraynanın qonağı olub. Gərgin keçən matçda ukraynalılar 7-ci dəfə üz-üzə gəldiyi İspaniyanı tarixində ilk dəfə məğlubiyyətə uğradıb.
Almaniya ilə İsveçrə arasında Kölndəki matçda qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3.
Qitənin ən zəif millilərinin yer aldığı D liqasında Farer adaları Andorraya qalib gələrək, liderliyini möhkəmlədib.
Beləliklə, C liqasındakı Kiprlə yanaşı, D liqasında Andorra, Latviya və San Marinonun qrup qalibi olmaq şansı qalmayıb.
Millətlər Liqası
IV tur
13 oktyabr
A liqası
4-cü qrup
Ukrayna – İspaniya - 1:0
Qol: Tsiqanov, 76