İngiltərənin “Arsenal” klubu “transfer pəncərəsi”nin son günündə uzun müddətdir gözlənilən keçidi tamamlayıb.
Oxu.Az xəbər verir ki, “Arsenal” Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqı rəsmən heyətinə qatıb.
“Topçular” bunun üçün Dortmund “Borusia”sına 56 milyon funt ödəyib. Bu isə London klubunun tarixində bir transfer üçün ödədiyi ən yüksək məbləğdir.
Xatırladaq ki, bunadək “Arsenal” ən yüksək transfer məbləği ödədiyi oyunçu Aleksandr Lakazet idi. Fransalı hücumçu üçün yayda “Lion” klubuna 46,5 milyon funt (53 milyon avro) ödənilmişdi.
Səbuhi TOFİQOĞLU
www.oxu.az