İspaniyanın "Atletik Bilbao" klubunun futbolçuları, Niko və İnaki Uilyams qardaşları zədə səbəbi ilə "Mançester Yunayted"ə qarşı keçiriləcək yarımfinal görüşünü buraxacaqlar.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, Niko pubalgiya, İnaki isə əzələ zədəsi səbəbi ilə UEFA Avropa Liqasının yarımfinal cavab oyununda iştirak etməyəcəklər.
Üstəlik, Sanset də heyətdən kənardadır.
Qeyd edək ki, ilk oyunda "Atletik Bilbao" 0:3 hesabı ilə məğlub olub.