Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Atletika Federasiyasında prezident seçkisi keçirildi, Avropa çempionu İcraiyyə Komitəsinə üzv seçildi
Bu gün Azərbaycan Atletika Federasiyasının seçki konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, konfransda Respublikanın idman cəmiyyətlərinin, klublarının, idmançı və veteran idmançıların, məşqçilərin və hakimlərin nümayəndələri iştirak edib.
Seçkiyə əsasən Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti vəzifəsinə seçilib. Həmçinin seçicilər Firat Hüseynova federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadəyə baş katib kimi səs verib.
Federasiyanın İcraiyyə Komitəsinin üzvlüyünə aşağıdakı 13 şəxs seçilib. Onların arasında üçtəkanla tullanma üzrə Avropa çempionu Nazim Babayev də var: Çingiz Hüseynzadə, Firat Hüseynov, Məhərrəm Sultanzadə, Aida İsayeva, Bəhruz Salehli, Elman Rzazadə, Kamal Əhmədov, Könül Nurullayeva, Mehdi Nağıyev, Nazim Babayev, Tamilla Bünyadova, Sergey Antipov, Şirin Vəliyev
Qurumun Nəzarət-Təftiş Komissiyasının sədri Rəhim Xəlilov seçilib. Bu komissiyanın digər üzvləri isə Lyudmila Əliyeva və Kənan Məhərrəmov olacaq.
Səbuhi Musayev
"Çin" teqi üzrə xəbərlər
- Çində şirkət işdən qovmaq təhdidi ilə subay əməkdaşlarından evlənmələrini tələb edib
- Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- Çində 34 milyon dollar mənimsəmiş məmura ölüm cəzası verildi
- Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU