Çempionlar Liqasının qrup mərhələsində IV turun “Qarabağ”la oyunu zamanı İspaniya “Atletiko”su futbolçu itkisi ilə üzləşib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Madrid təmsilçisinin rəsmi saytına yerləşdirilib.
Məlumata əsasən, Felipe Luis oktyabrın 31-də Ağdam komandasına qarşı matçda xəsarət alıb. 32 yaşlı sol cinah müdafiəçisi ayağından narahatlıq hiss etdiyindən, tibbi müayinədən keçib. Ona budun arxa səthinin zədələnməsi diaqnozu qoyulub.
Braziliyalı futbolçu fizioterapevt nəzarəti altında müalicə alacaq.
Qeyd edək ki, Felipe Luis “Qarabağ”la matçda 90 dəqiqə meydanda olub.
A.M.