Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Oxu.Az-ın xəbərinə görə, A qrupunda yer alan Azərbaycan yığması son turda Milli Gimnastika Arenasında Almaniya komandası ilə qarşılaşıb.
Görüş Faiq Qarayevin yetirmələrinin 3:1 (19:25, 25:19, 25:18, 25:18 ) hesablı qələbəsi ilə başa çatıb.
Qrupda üç oyunun hamısını qələbə ilə başa vuran Azərbaycan millisi adını birbaşa 1/4 final mərhələsinə yazdırıb.
S.B.
www.oxu.az