Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki yolda təhlükəli anlar yaşanıb.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, aeroport istiqamətində hərəkət edən VAZ-2107 markalı avtomobil DYP əməkdaşının əmrinə tabe olmayıb.
Nəticədə 99 YP 519 nömrəli yol polisinə məxsus nəqliyyat vasitəsi avtoxuliqanı təqib etməyə başlayıb.
Təhlükəli manevrlər edən VAZ-2107 digər hərəkət iştirakçıları üçün həyəcanlı anlar yaşadıb.
S.B.
www.oxu.az